İçindəki
Elmlər doktorları
Akademik İsa Həbibbəyli: “AMEA-nın Nizamnaməsinə edilən dəyişikliklər akademiyada struktur islahatlarının daha da dərinləşməsinə xidmət edəcək”

AMEA-nın 27 may 2021-ci il tarixində keçirilən Ümumi Yığıncağında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi məsələsi ilə bağlı çıxış edib.
İ.Həbibbəyli Akademiyanın fəaliyyətini tənzimləyən əsas normativ hüquqi sənəd olan AMEA-nın Nizamnaməsinin ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə təsdiq edildiyini bildirib. O, bu sənədin müstəqillik dövrünə uyğunlaşma prosesinin nizamnaməsi hesab olunduğunu vurğulayıb. Akademik qeyd edib ki, ölkənin sürətli sosial-iqtisadi inkişafı, cəmiyyətin bütün istiqamətlərdə əsaslı şəkildə yenilənməsi, hüquqi dövlət quruculuğu sahəsindəki nailiyyətləri elmi fəaliyyətin idarə edilməsi baxımından da köklü islahatların həyata keçirilməsi zərurətini yaratmışdır.