RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

AMEA Radiasiya Problemləri İnstitutunun yeni baş direktoru kollektivə təqdim olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyinatı olub. İnstitutun yeni baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev kollektivə təqdim olunub.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov və institutun Elmi şurasının üzvləri iştirak ediblər.

Əvvəlcə akademik Dilqəm Tağıyev çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn 28 May – Respublika Günü münasibətilə təbrik edib.

Daha sonra o, AMEA-nın müxbir üzvü İslam Mustafayevi kollektivə təqdim edib. Bildirib ki, İslam Mustafayev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirdikdən sonra Milli Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda işləməyə başlayıb. O, 1992-ci ildən Radiasiya Problemləri İnstitutunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərib. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.