İçindəki
Elmlər doktorları
Azərbaycanda LIDAR sistemlərinin tətbiqi perspektivləri müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında “Azərbaycanda LİDAR sistemlərinin tətbiqi perspektivləri” mövzusunda elmi məruzə dinlənilib.
Məruzəni təqdim edən Azərbaycan Milli Aviasiya Akademiyasının (MAA) baş elmi işçisi, Avropa Elmlər Akademiyasının həqiqi üzvü, professor Kərim Allahverdiyev diqqətə çatdırıb ki, MAA-nın rektoru, akademik Arif Paşayevin rəhbərliyi ilə aparılan bu tədqiqatlar istər elmi-nəzəri və tətbiqi, istərsə də strateji cəhətdən mühüm əhəmiyyətə malikdir.