RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı qarşıda duran prioritet məsələləri müzakirə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında müzakirə olunması planlaşdırılan prioritet istiqamətlər haqqında danışılıb.

Bu barədə çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in rəhbəri, akademik Rasim Əliquliyev vurğulayıb ki, son za­man­lar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə ölkəmizdə aparılan kompleks islahatlar, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin, “ağıllı” kənd və s. tipli yeni infrastruktur layihələrinin reallaşdırılması Azərbaycan alimlərinin, o cümlədən AMEA-nın qarşısında bir sıra mühüm vəzifələr qoyur.