İçindəki
Elmlər doktorları
Professor İslam Mustafayev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsidir

İyunun 15-də Şuşada Azərbaycan və Türkiyə respublikaları arasında imzalanan Şuşa Bəyannaməsi türk dünyasının 2 dahi liderinin vəsiyyətlərinin ardıcıl və davamlı olaraq yerinə yetirilməsinə əbədi yol açdı. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri bu Bəyannamə ilə öz tarixi təsdiqini tapdı. Şuşa Bəyannaməsi hər 2 ölkə tərəfindən ardıcıl olaraq yüksək səviyyədə həyata keçirilən, dostluq, qardaşlıq, həmrəylik, tərəfdaşlıq prinsipləri Azərbaycanın və Türkiyənin inkişafının demək olar ki, bütün sahələrini əhatə edir. Dünyanın super dövlətlərinin diqqət mərkəzində olan regionun mühüm problemlərini əhatə edən bu Bəyannamə həm regionun bütövlükdə inkişafına və təhlükəsizliyinə yol açır, həm də Azərbaycanın və Türkiyənin suverenliyini, bölgədə olan liderliyini təmin edir.