İçindəki
Elmlər doktorları
Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş onlayn konfrans keçirilib
-148.jpg)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutu, AMEA Gənc Alim və Mütəxəssislər Şurası və “Xalq-Prezident həmrəyliyi” Diskussiya Klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş onlayn konfrans keçirilib.
“Heydər Əliyev və Azərbaycan elmi: həmrəylik və inkişaf yolu” mövzusunda keçirilən konfransda giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva bildirib ki, Ulu Öndər Heydər Əliyev təkrarolunmaz keyfiyyətlərə malik dahi şəxsiyyətdir. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edən R. Mehdiyeva Ulu Öndərin fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, eləcə də Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin memarı adlandırıb.