RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elanlar

ELAN

29 sentyabr 2023-cü il tarixində saat 1400-da İnstitutun akt zalında Türkiyə respublikasının Bolu Abant Izzet Baysal adına Universitetinin Beynəlxalq Yarımkeçiricilər komandasının professoru, doktor ERSAN YILMAZın “Sensor Texnologiyalarında İnnovasiya və Mükəmməllik” mövzusunda ustad mühazirəsi olacaqdır.

Bu sahədə çalışan əməkdaşlar və maraqlananlar seminara dəvət olunurlar.

}

ELAN

    Radiasiya Problemləri İnstitutu laboratoriyalar üzrə aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:

1. “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyası
    Baş elmi işçi – 1şt. vah.
2. “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyası
    Aparıcı elmi işçi – 1şt. vah.
3. “Radiokimya və radioprotektorlar” laboratoriyası
    Elmi işçi – 1şt. vah.
4. “Radiobiologiya” laboratoriyası
    Elmi işçi – 1şt. vah.
5. “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyası
    Kiçik elmi işçi – 1şt. vah.
6. “Qamma şüalandırma kompleksi”
    Kiçik elmi işçi – 1şt. vah.

    Müsabiqədə uyğun sahə üzrə ixtisaslı və təcrübəli mütəxəssislər iştirak edə bilər.
    Sənədlər, Elan, İnstitutun saytına yerləşdirildikdən sonra bir ay müddətində, aşağıdakı ünvana təqdim edilməlidir:
AZ-1143, Bakı şəhəri, Bəxtiyar Vahabzadə, 9;
Radiasiya Problemləri İnstitutu

}

ELAN

2023-ci il sentyabr ayının 21-də saat 1400-da Radiasiya Problemləri İnstitutunun dissertantı Aydan Şahin qızı Xalıqzadənin 2225.01 - "Radiasiya materialşünaslığı" ixtisası üzrə “Yb İLƏ AŞQARLANMIŞ GaS MONOKRİSTALININ ELEKTROFİZİKİ VƏ OPTİK XASSƏLƏRİNƏ QAMMA ŞÜALANMANIN TƏSİRİ” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ixtisaslaşdırılmış müdafiə şurasında müzakirəsi keçiriləcəkdir.

Online qoşulma Zoom platforması üzərindən olacaq.

Konfransın identifikatoru: 404 189 8581
Kodu: wfd5ET

}

ELAN

Hörmətli həmkarlar

Cari ilin sentyabr ayında Bakıda nüvə kriminalistikası istiqamətində yay məktəbi keçiriləcəkdir. Bu tədbir STCU tərəfindən artıq elan olunmuşdur (linkləri aşağıda qeyd edilmişdir).

Tədbirdə xarici GUAM ekspertləri, Aİ və ABŞ Energetika Departamentinin nümayəndələri də iştirak edəcəkdir.

www.stcu.int
Facebook
LinkedIn

İnstitumuzun magistrləri və gənc alimləri bu informasiyadan faydalana və tədbirdə iştirak edə bilərlər.

Əlavə məlumat üçün “İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının əməkdaşı Azər Sadıqova müraciət edə bilərsiniz.

NF Summer School Announcement 2023

}

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun təşkilatçılığı ilə 04-05 may 2023-cü il tarixlərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Radiasiya texnologiyaları və onun tətbiqləri" mövzusunda Respublika elmi-texniki konfransı keçiriləcək.

Konfransa qeydiyyat və tezislərin son qəbul tarixi: 25 aprel 2023

Qeydiyyat

}

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu aşağıdakı laboratoriya rəhbərləri və şöbə müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan edir:

1. “Radiobiologiya” laboratoriyası üzrə:
    - Laboratoriya rəhbəri vəzifəsi – 1şt.vah.
2. “Bərpa olunan enerji növlərinin çevrilməsi” laboratoriyası üzrə:
    - Laboratoriya rəhbəri vəzifəsi – 1şt.vah.
3. “Layihiyələndirmə-konstruktor” şöbəsi üzrə:
    - Şöbə müdiri vəzifəsi – 1şt. vah.

Müsabiqədə uyğun sahə üzrə ixtisaslı və təcrübəli mütəxəssislər iştirak edə bilər.
Sənədlər bu elan dərc olunduqdan sonra bir ay müddətində, aşağıdakı ünvana təqdim edilməlidir:

AZ-1143, Bakı şəhəri, Bəxtiyar Vahabzadə, 9; telefon – 539 33 91; 538 32 24
Radiasiya Problemləri İnstitutu

}

ELAN

22.12.2022-ci il tarixində saat 1000-da AMEA RPİ-nin nəzdində yaradılmış BFD 3.07 saylı Birdəfəlik müdafiə şurasında dissertant Vəlicanova Mehriban Zəbulla qızının “Radiasiya və duz streslərinin təsirinə məruz qalmış noxud və qarğıdalı bitkilərində antioksidant müdafiə sisteminin tədqiqi” mövzusunda 2418.01 – “Radiobiologiya” ixtisasından biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Online qoşulma zoom platforması üzərindən olacaq.
Konfransın identifikatoru: 914 894 0687
Kodu: amea2021

}

ELAN

Radiasiya Problemləri İnstitutu laboratoriyalar üzrə aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:

1. “Radioekologiya” laboratoriyası
    Baş elmi işçi – 1şt. vah
2. “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyası
    Baş elmi işçi – 1şt. vah
3. “Radiokimya və radioprotektorlar” laboratoriyası
    Aparıcı elmi işçi – 1şt. vah
4. “Ətraf mühitin radiasiya kimyası” laboratoriyası
    Aparıcı elmi işçi – 1şt. vah
5. “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyası
    Aparıcı elmi işçi – 1şt. vah
    Kiçik elmi işçi – 2şt. vah
6. “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyası
    Böyük elmi işçi – 1şt. vah
    Kiçik elmi işçi – 1şt. vah
7. “Radiobiologiya” laboratoriyası
    Böyük elmi işçi – 1şt. vah
8. “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyası
    Kiçik elmi işçi – 1şt. vah
9. “Polimerlərin radiasiya kimyası və texnologiyası” laboratoriyası
    Kiçik elmi işçi – 2şt. vah

Müsabiqədə uyğun sahə üzrə ixtisaslı və təcrübəli mütəxəssislər iştirak edə bilər.
Sənədlər bu elan İnstitutun saytına yerləşdirildikdən sonra bir ay müddətində, aşağıdakı ünvana təqdim edilməlidir:

AZ-1143, Bakı şəhəri, Bəxtiyar Vahabzadə, 9;
Radiasiya Problemləri İnstitutu

}

ELAN

31.10.2022-ci il tarixdə saat 1400-da Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Mətləb Nəbi oğlu Mirzəyevin BED 1.21 Dissertasiya şurasında 2225.01 - “Radiasiya materialşünaslığı” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Bor əsaslı birləşmələrin struktur çevrilmələrinə və termofiziki xassələrinə ağır ion, neytron və ionlaşdırıcı şüaların təsiri” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcək.

Online qoşulma zoom platforması üzərindən olacaq.
ID: 914 894 0687
Password: amea2021

}

ELAN

26.10.2022-ci il tarixində saat 1500-da Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Zaur Əflatun oğlu Mənsimovun FD 1.22 Dissertasiya şurası nəzdində 2305.01–«Nüvə kimyası» ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «(RaO)x(SiO2)y+H2O sistemində gedən radiasiya kimyəvi proseslərin tədqiqi» mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcək.

Online qoşulma zoom platforması üzərindən olacaq.
ID: 914 894 0687
Password: amea2021

}

ELAN

10 oktyabr 2022-ci il tarixində saat 11-də İnstitutun akt zalında Təbriz Tibb Universitetin və Mardin Atatürk Universitetinin professoru Əziz Eftixari ilə görüş keçiriləcəkdir. Professor "Nanotexnologiyanın tibb və ətraf mühitdə tətbiqi" mövzusunda məruzə edəcəkdir.

Bütün əməkdaşları tədbirdə iştiraka dəvət edirik.

}

ELAN

07.10.2022-ci il tarixində saat 1500-da AMEA Radiasiya Problemləri İnstitutunda Axundzadə Haci Vahid Natiq oğlunun FD 1.22 Dissertasiya şurası nəzdində 2305.01–«Nüvə kimyası» ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Radiasiya-kimyəvi üsulla butadien-nitril kauçuku əsasında aqressiv mühitə davamlı elastomer materialın alınması və xassələrinin tədqiqi» mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcək.

Online qoşulma zoom platforması üzərindən olacaq.
ID: 914 894 0687
Password: amea2021

}