İçindəki
Elmlər doktorları
27 sentyabr – müqəddəs zəfərin başlanğıc günüdür

30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfəri ilə tamamlandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində qüdrətli ordumuz işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini elə “yenilməz erməni ordusu” mifi ilə bir yerdə darmadağın edərək öz yurd yerlərimizi düşmən tapdağından azad etdi.
Ordumuz əldə etdiyi bu zəfərlə bütün dünyaya öz qüdrətini və gücünü nümayiş etdirdi. Azərbaycan özünün əzəli torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı ərazilərimizi xilas etmək üçün başlatdığı uğurlu hərəkatla adını tarixə qızıl hərflərlə yazdı, həmçinin torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin, həmçinin terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.