İçindəki
Elmlər doktorları
Akademik İsa Həbibbəyli: "AMEA işçiləri üçün növbəli iş rejiminin tətbiqinə başlanılıb"

Pandemiya ilə əlaqədar AMEA işçiləri üçün növbəli iş rejimi tətbiq olunmağa başlayıb.
Bu barədə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, akademiyada əməkdaşların hamısının eyni gündə işə gəlməsi sosial məsafənin gözlənilməsi tələbini qorumağı çətinləşdirir. Bu səbəbdən yaşı 60-dan çox olan akademiya işçilərinin həftənin cüt günlərində – çərşənbə axşamı və cümə axşamları, qalan heyətin isə həftənin tək günlərində işə gəlməsi qərara alınıb: "Bu halda iş yerində sosial məsafəni qorumaq mümkün olacaq ...