İçindəki
Elmlər doktorları
Akademik Mahmud Kərimovun anım günüdür

Fevralın 10-u Azərbaycan elminin görkəmli nümayəndəsi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərimovun anım günüdür.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev və İnstitutun laboratoriya rəhbərləri görkəmli alimin məzarını ziyarət ediblər.
Qeyd edək ki, Respublikamızda fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimov zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. Alimin tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlıdır. Onun bir çox istiqamətlər üzrə müəyyən etdiyi metodlar və gəldiyi elmi nəticələr həmişə öz aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə seçilib. M.Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi elmimizin dünya elminə sürətlə inteqrasiya olunması istiqamətində səylə çalışıb.