RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Akademik M.K.Kərimovun 75 illiyinə həsr olunmuş “Radiasiya təhlükəsizliyi problemləri: regional aspektlər”adlı konfrans keçirilib

18-19 oktyabr 2023-cü il tarixində Radiasiya Problemləri İnstitutu Naxçıvan Dövlət Universiteti ilə birgə akademik M.K. Kərimovun 75 illik yubileyi münasibəti ilə “Radiasiya təhlükəsizliyi: regional aspektlər” mövzusunda elmi-texniki konfrans keçirmişdir.

Konfransın açılışı Naxçıvan Dövlət Universitetinin Konqres zalında təşkil olunmuşdu. Konfransı giriş sözü ilə açan Universitetin rektoru E.İsayev elm ilə təhsilin inteqrasiyasından, qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışmış, müstəqillik günü münasibəti ilə hər kəsi təbrik etmişdir. Sonra çıxış edənlər - AMEA-nın 1-ci vitse prezidenti vəzifəsini icra edən akademik A.Həşimov, Azərbaycan Dövlət Pedaqoji Universitetin elmi işlər üzrə prorektoru professor A.Zamanov, akademik İsmayıl Hacıyev və akademik A.Qəribov Mahmud Kərimovun AMEA-nın prezidenti kimi göstərdiyi çox tərəfli fəaliyyətindən, elmin idarə olunması, kadr siyasəti sahəsində həyata keçirdiyi yeniliklərdən, həmin illərdə hazırladığı Elmin İnkişafı üzrə Milli Strategiyadan, elmi təşkilati fəaliyyətindən söz açmışdır. Çıxış edənlər həm də M.Kərimovla bağlı xatirələrini söyləmişlər.