İçindəki
Elmlər doktorları
Akademik Ramiz Mehdiyev: “Rusiya ilə Azərbaycan arasındakı mehriban qonşuluq münasibətləri elm sahəsində də əməkdaşlığımız üçün möhkəm zəmin yaradır”

Rusiya-Azərbaycan münasibətlərinin ən etibarlı platformasını xalqlarımız arasındakı mehriban münasibətlər, uzun əsrlərin dostluq və qonşuluq münasibətləri, qırılmaz humanitar bağlar təşkil edir. Sabitləşmiş elmi təcrübə və ənənələrə, orijinal humanitar resurslara malik Rusiya ilə humanitar və mədəni əlaqələr, o cümlədən elmi əməkdaşlıq Azərbaycan üçün olduqca önəmlidir.
Bu fikirləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan elmi ictimaiyyəti ilə görüşü zamanı səsləndirib.