RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Akademik Ramiz Mehdiyevə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim olunub

AMEA Rəyasət Heyətinin “Nizami Gəncəvi İli” çərçivəsində Akademiyada həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş Xüsusi iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə qeyd olunub ki, bu il 880 illik yubileyini qeyd etdiyimiz dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə təsis edilib. Ölkə Prezidenti İlham Əliyevin 27 iyun 2014-cü il tarixli Fərmanına əsasən sözügedən medalla təltif etmək səlahiyyəti AMEA-nın Rəyasət Heyətinə verilib.