İçindəki
Elmlər doktorları
AMEA-da İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirilib

Fevralın 12-də AMEA-da Akademiya əməkdaşlarının Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçirilib.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev giriş sözü ilə çıxış edərək son vaxtlarda Akademiyada bir sıra dövlət nümayəndələri ilə görüşlərin keçirildiyini, müxtəlif qurumlarla birgə layihələr həyata keçirməyi nəzərdə tutan əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib. O, bu cür görüşlərin təşkilində başlıca məqsədin AMEA-nın mövcud potensialını, alimlərimizin əldə etdikləri mühüm nəticələri əməli baxımdan ölkədə quruculuq prosesinə, iqtisadiyyata inteqrasiya etmək, ölkəmizin hərtərəfli inkişafında elmi qurumların layiqli iştirakını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb ...