RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

AMEA-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 8-də AMEA Rəyasət Heyətinin və akademiyanın Qadınlar Şurasının təşkilatçılığı ilə "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Zaman və müasir dövr" mövzusunda konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri, akademiklər - Dilqəm Tağıyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, AMEA İşlər idarəsinin müdiri, professor Elton Məmmədov, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, AMEA YAP ərazi təşkilatının sədri, dosent Ulduzə Qurbanova və digər şəxslər iştirak ediblər.