RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

AMEA ilə REA arasında “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”i imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rusiya Elmlər Akademiyası (REA) arasında elm, innovasiya və təhsil sahəsində uğurlu əməkdaşlığın təşkilində hər iki ölkənin elmi-tədqiqat, maliyyə və vasitəçi təşkilatları, universitetləri başlıca rol oynayırlar. AMEA və REA Azərbaycan və Rusiyanın elmi-tədqiqat və təhsil müəssisələrinin aktiv iştirakını və intensiv fəaliyyətini təmin etmək istiqamətində birgə fəaliyyətin təşkili ilə bağlı iş aparır.

Bu gün Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində AMEA ilə REA arasında “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin imzalanma mərasimi baş tutub.