İçindəki
Elmlər doktorları
AMEA-nın Azad Həmkarlar İttifaqı koronavirusla bağlı maarifləndirici və profilaktiki tədbirlər görəcək

Məlum olduğu kimi, bu yaxınlarda Dünya Səhiyyə Təşkilatının (DST) Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsi Çinin Uxan bölgəsində geniş yayılan və artıq dünyanın bir sıra digər ölkələrində də qeydə alınan yeni koronavirusla (2019-nCov) bağlı bəyanat verib. Komitənin qərarına əsasən, xəstəliyin əhatə dairəsi məhdud olduğundan və bəzi simptomları müəyyənləşdirilmədiyindən hələlik fövqəladə vəziyyət elan edilməsə də, bütün ölkələrə bu virusun yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərə hazır olmaları və məlumatları DST-yə təqdim etmələri tövsiyə olunur ...