RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının növbəti sayı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm və həyat” elmi-populyar jurnalının 2020-ci il üzrə 1-2-ci nömrəsi nəşr olunub.

Jurnalın ilk səhifəsində “2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 may 2020-ci il tarixli Sərəncamı təqdim olunub.

Yeni nömrədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider”, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Kasıblığın dirçəliş marşı. Nobel Sülh Mükafatı Laureatı, professor Məhəmməd Yunus və onun “Kasıbların bankiri” kitabı haqqında söz”, eləcə də AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı Tariyel Hüseynovun həmmüəllifi olduqları “Bakı muldası sürüşmələri: araşdırmalar, nəticələr” adlı məqalələri nəşr olunub.