RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

AMEA-nın müxbir üzvü İslam Mustafayev: “Azərbaycanda alternativ enerjinin tətbiqi ilə sudan hidrogenin alınması perspektivli istiqamətlərdəndir”

Noyabrın 22-də görkəmli alim, Nyu-York Elmlər Akademiyası və Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Akademiyanın üzvü, AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, “Tərəqqi” medallı, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayevin 70 yaşı tamam olub.

Ömrünün 48 ilini elmə həsr etmiş alim radiasiya tədqiqatları sahəsində çoxsaylı elmi araşdırmaların müəllifidir. İ.Mustafayevin fəaliyyətinin əsas istiqamətlərini ionlaşdırıcı şüalanma və ultrabənövşəyi şüalanmanın maddələrə təsiri nəticəsində, xüsusilə neft məhsullarında baş verən proseslərin, eləcə də ətraf mühit problemlərinin öyrənilməsi təşkil edir. İ.Mustafayev müasir dövrdə Azərbaycanın daxil olduğu konvensiyalarda icraçı qrupun üzvü olmuş, ölkənin iqlim dəyişiklikləri ilə bağlı hesabatlarının hazırlanmasında yaxından iştirak etmiş, bərk məişət tullantıları ilə bağlı layihənin və bir sıra digər layihələrin koordinatoru və eksperti olmuşdur.