RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

AMEA-nın müxbir üzvü İslam Mustafayevin 70 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayevin 70 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Nüvə Tədqiqatları Mərkəzi, Memarlıq və İnşaat Universiteti, eləcə də AMEA-nın müxtəlif institutlarından qonaqlar və Radiasiya Problemləri İnstitutunun çoxsaylı kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan RPİ-nin İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva yubilyarın həyatı və elmi fəaliyyəti haqqında konfrans iştirakçılarına geniş məlumat verib.