İçindəki
Elmlər doktorları
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin xahişi ilə son günlər Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirmişdir

Məlum olduğu kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən 2020-ci ilin 12 iyul tarixində Ermənistan ordusunun bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə təxribat həyata keçirməyə cəhd göstərmişlər. Ordumuzun gördüyü müvafiq tədbirlər nəticəsində ermənilər geri oturdulmuş, diversiyanın qarşısı qətiyyətlə alınmışdır. Təxribatın qarşısını alarkən hərbçilərimizdən qəhrəmancasına həlak olanlar və yaralananlar var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, erməni təxribatına cavab olaraq ordumuz qisas əməliyyatı həyata keçirmiş və işğalçıya sarsıdıcı zərbə endirmişdir.