İçindəki
Elmlər doktorları
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki

Hörmətli həmkarlar!
Bu il 103 yaşını qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizin qarantı, xalqımızın güvən yeri və Azərbaycan xalqının şücaət rəmzidir.
1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi xarici müdaxilələrdən qorunmaq, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün silahlı qüvvələrin yaradılmasının vacibliyini dərk edirdi və həmin il iyunun 26-da AXC-nin Nazirlər Şurasının qərarı ilə Əlahiddə Korpus yaradıldı, avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. General Səməd bəy Mehmandarov və general-leytenant Əliağa Şıxlinskinin rəhbərliyi altında qısa müddətdə Milli Ordu quruculuğuna başlanıldı və bir çox hərbi uğurlara imza atıldı.