İçindəki
Elmlər doktorları
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın qadın əməkdaşlarına təbriki

Əziz xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, ailə səadəti və elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan qadını hər zaman sədaqətliliyin və gözəlliyin rəmzi olmuş, əsrlər boyu öz mübarizliyi, fədakarlığı və müdrikliyi ilə seçilmiş, tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllinə öz töhfələrini vermişdir.