İçindəki
Elmlər doktorları
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin açıqlaması

Son dövrdə mühacirətdə fəaliyyət göstərən bir sıra müxalif yönlü jurnalistin internet kanalları vasitəsilə yayımladıqları veriliş və müzakirələrdə ölkə rəhbərliyinin ünvanına etik hədləri aşan üslubda səsləndirdikləri ittiham və böhtanlar Azərbaycan cəmiyyətinin əksər üzvləri kimi məni də dərindən narahat edir. Xüsusilə də həmin şəxslərin istefaya göndərilmiş, yaxud başqa vəzifəyə təyin olunmuş şəxslər üzərindən həyata keçirməyə çalışdıqları manipulyasiya cəhdləri təəssüf doğurur. Bu cəhdlərin ölkə rəhbərliyi ilə sabiq məmurları üz-üzə qoymaq, anlaşılmazlıq yaratmaq, ixtilaf salmaq, cəmiyyətdə guya iqtidar daxilində dərin ziddiyyətlərin olması haqqında rəy formalaşdırmaq taktikasına söykəndiyi açıq-aşkar görünməkdədir.