İçindəki
Elmlər doktorları
AMEA-nın prezidenti: “Elm Gününün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir”
_1553774288.jpg)
Martın 27-də AMEA Rəyasət Heyətində Elm Gününün nəticələrinə həsr olunmuş toplantı keçirilib. Rəyasət Heyəti üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq bu əlamətdar günün əhəmiyyətindən danışıb: “Elm Gününün keçirilməsi alimlərimizin gərgin əməyi, birgə fəaliyyətinin məntiqi nəticəsidir”.
A.Əlizadə Azərbaycanın elm cəmiyyətinin belə bir günün keçirilməsi ilə bağlı tarixdə bir neçə dəfə təşəbbüs göstərdiklərini qeyd edərək, nəhayət 2018-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən Elm Gününün təsis edilməsi ilə bağlı sərəncamın imzalandığını və bu addımın alim və mütəxəssislər tərəfindən böyük sevinclə qarşılandığını vurğulayıb ...