İçindəki
Elmlər doktorları
AMEA-nın Radiasiya Problemləri İnstitutunun "Radiobiologiya" laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Elimxan Cəfərovu 60 illik yubileyi münasibətilə təbrik edirik!

Cəfərov Elimxan Süleyman oğlu 9 aprel 1955-ci ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə orta məktəbi qızıl medal ilə bitirib, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1977-ci ildə universiteti bitirib. O, 1981-ci ildə Azərb. SSR EA – nın Bioloji Tədqiqatlar Elmi Mərkəzində elmi fəaliyyətə başlamış və həmin ildə də təcrübəçi – tədqiqatçı qismində SSR EA – nın Kimyəvi-fizika instituna (Moskva ş.) ezam edilmişdir.