RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

AMEA-nın yaşı 65-dən yuxarı olan əməkdaşlarına peyvənd vurulub

COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə edilən bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlayıb və bütün dünyanı əhatə edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan edib, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsinin qlobal miqyasda çox yüksək dərəcədə olduğunu açıqlayıb və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatdığını bildirib.