RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

AMEA Radisiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Adil Qəribovun “Azərbaycan Prezidentinin regionda nüvə təhlükəsinə son qoymaq çağırışı” adlı məqaləsi Respublika qəzetində çap olunmuşdur

Niderland Krallığının Haaqa şəhərində 58 dünya liderləri, 5 beynəlxalq təşkilatların iştirakı ilə III Nüvə Təhlükəsizliyi üzrə Sammit keçirilib. Nüvə Təhlükəsizliyi üzrə I dünya Sammiti 2010-cu ildə Yaponiyanın Fukusima Atom Elektrik stansiyasında zəlzələ və onu müşahidə edən sunami nəticəsində iki nüvə reaktorunda baş verən qəzadan sonra ABŞ prezidenti Barak Obamanın təklifi ilə Vaşinqtonda keçirilmişdi. İkinci Sammit isə 2012-ci ildə Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilmişdi.