İçindəki
Elmlər doktorları
AMEA Rəyasət Heyətində bir sıra dövlət rəsmiləri ilə görüş keçirilib

AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə görüş keçirilib.
Rəyasət Heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev dövlət rəsmilərini salamlayaraq, son aylar AMEA-da aparılan islahatlar, struktur dəyişiklikləri, yenidənqurma işləri, eləcə də perspektivdə görüləcək işlər barədə ətraflı məlumat verib. AMEA rəhbəri dövlət proqramlarının icrası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən tövsiyə və tapşırıqların yerinə yetirilməsi üzrə görülən işlərdən danışaraq, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi istiqamətində Akademiya alimlərinin üzərinə düşən vəzifələrdən bəhs edib. Akademik Ramiz Mehdiyev dövlət başçısı tərəfindən AMEA kollektivi qarşısında qoyulan vəzifə və tapşırıqların yüksək işgüzarlıqla yerinə yetiriləcəyinə inamını bildirib ...