RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Azərbaycan elminə ağır itki üz verib

Tanınmış torpaqşünas alim, Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Mahmud Abdullayev ömrünün 82-ci ilində vəfat etmişdir.

Mahmud Abdulla oğlu Abdullayev 30 iyun 1941-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitir­mişdir. 1964-cü ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin ET Əkinçilik İnstitutunun aspiranturasına daxil olaraq 3 il müddətinə keçmiş SSRİ Elmlər Akademiyasının Moskvadakı Biofizika İnstitutunda radiobiologiya ixtisası üzrə aspiranturaya göndərilmişdir.

Mahmud Abdullayev 1980-ci ildə Moskva Dövlət Universitetində “Torpaqşünaslıq” ixtisası üzrə dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsini, 1998-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitu­tunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildə “Torpaqşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.