İçindəki
Elmlər doktorları
Azərbaycan koronavirus pandemiyasına Xalq-Prezident həmrəyliyi ilə qalib gələcək

Bakı. Trend:
Bir cəmiyyətdə birliyin daimiliyi üçün o cəmiyyətin öz güclü liderinə sonsuz inamı və həmrəy yanaşması vacibdir. Bu gün dünya ölkələri kimi Azərbaycan Respublikası da yeni növ koronavirusla (COVİD-19) mübarizə aparmaqdadır. Ölkə başçısı, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən sözügedən virusa qarşı vaxtında görülmüş məqsədyönlü kompleks mübarizə tədbirləri ölkəmizdə irimiqyaslı təhlükələrin qarşısının alınmasında əvəzsiz rol oynayır, həmçinin virusun daha çox insana yayılma sürətini kəskin şəkildə azaldıb.