RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bəyanatı

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələri təxribata əl ataraq cəbhəboyu ərazidə yerləşən Azərbaycan kəndlərini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə məruz qoymuşlar. Dinc sakinlər və hərbi qulluqçular arasında itkilərə gətirib çıxaran bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışlar. Qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində Füzuli rayonunun işğal altında olan 6, Cəbrayılın isə 1 kəndi erməni qəsbkarlarından təmizlənmişdir.