İçindəki
Elmlər doktorları
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!
24 dekabr tarixində Sizin 60 yaşınız tamam olur. Heç şübhəsiz ki, bu münasibətlə Sizin ünvanınıza xarici ölkə başçılarından, həmkarlarınızdan, nüfuzlu elm və mədəniyyət xadimlərindən, həmçinin sadə insanlardan səmimi arzularla dolu çoxsaylı təbrik məktubları daxil olacaqdır. Ancaq belə hesab edirəm ki, 60 illik yubileyinizə ən dəyərli təbriki Siz özünüz etmisiniz. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfər, əzəli torpaqlarımızın azad edilməsi Sizin həm xalqımıza, həm də özünüzə bəxş etdiyiniz ən dəyərli hədiyyə, göstərdiyiniz ən böyük xidmətdir.
Danılmaz həqiqətdir ki, Azərbaycana başçılıq etdiyiniz 18 il ərzində ölkəmiz Sizin rəhbərliyiniz altında bütün sahələrdə tarixi nailiyyətlər qazanmış, mürəkkəb, ancaq şərəfli inkişaf yolu qət etmişdir. Sizin siyasi idarəçilik bacarığınız, diplomatik məharətiniz, qətiyyətiniz nəticəsində Azərbaycan bu gün Cənubi Qafqaz regionunun lider dövləti statusunu qazanmış, dünya birliyində öz layiqli yerini tutmağa müvəffəq olmuşdur. Xalqımız Sizin bu zəhmətinizi və misilsiz xidmətlərinizi yüksək qiymətləndirir, haqlı olaraq Sizinlə qürur duyur.