RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Azərbaycanda vahid məlumat bazasının yaradılmasına dair müzakirələr aparılıb

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Avropa Komissiyasının nümayəndəsi, Sosial İnnovasiyalar Mərkəzinin layihə meneceri Martin Feliks Qajdusek ilə görüşüb.

Görüşdə akademik İbrahim Quliyev AMEA-da müxtəlif elm sahələri üzrə aparılan tədqiqatlar, elm və təhsilin inteqrasiyası, elmin kommersiyalaşması istiqamətində görülən işlər barədə məlumat verib. O, bu elm ocağının CERN, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna) və digər nüfuzlu elm mərkəzlərilə sıx əməkdaşlığından söz açaraq, ölkə alimlərinin müxtəlif beynəlxalq proqram və layihələrdə fəal iştirak etdiyini bildirib ...