İçindəki
Elmlər doktorları
Bakıda “Nüvə kriminalistikası üzrə Yay Məktəbi” təşkil olunacaq

Cari ilin 13-15 Sentyabr tarixlərində Bakıda “Nüvə kriminalistikası üzrə Yay Məktəbi” təşkil olunacaq.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, Ukrayna Elm və Texnologiya Mərkəzi, Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutu, Avropa Komissiyası JRC və Amerika Birləşmiş Ştatlarının Energetika Departamentinin “Nüvə Qaçaqmalçılığının Aşkarlanması və Çəkindirmə Proqramı”nın (US DOE-NSDD) təşkilatçılığı ilə təşkil olunan Yay Məktəbinin məqsədi tələbələrin nüvə kriminalistikası və məhkəmə ekspertizası ilə bağlı elmi fənlər üzrə təhsillərini davam etdirməyə marağını stimullaşdırmaqdır.
GUAM-a üzv dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) yuxarı kurs tələbələri, magistrları və gənc alimləri üçün nəzərdə tutulmuş tədbirdə GUAM ekspertləri, Avropa Komissiyası və ABŞ Energetika Departamentinin nümayəndələri də iştirak edəcək.