İçindəki
Elmlər doktorları
Birlik və inamdan güc alan siyasət və qətiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı nitqi və bəyanatı müstəqil dövlətimizin ölkəmizin sərhədlərinin etibarlı şəkildə daim qorunacağına inamının və torpaqlarımızın azad ediləcəyinə dövlət səviyyəsində siyasi-hərbi təminatın konkret ifadəsidir. Ona görə də dövlət başçımızın bəyanatında ifadə olunan qətiyyətli mövqe Azərbaycan xalqının ölkəmizin rəhbərinə bəslədiyi sarsılmaz inama, möhkəm və etibarlı dəstəyə əsaslanır. Prezident İlham Əliyevin bəyanatı dünya ictimaiyyəti qarşısında Azərbaycan Respublikasının ölkələrin ərazi bütövlüyü prinsipinə davamlı və məsuliyyətli münasibətlərini növbəti dəfə aydın surətdə ifadə edir. Müstəqil Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət beynəlxalq hüquq normalarına və xalqımızın iradəsinə tamamilə cavab verir.