İçindəki
Elmlər doktorları
COVID-19-a yenidən yoluxmaq mümkündür

Alman həkimləri koronavirusa təkrar yoluxmanın mümkün olduğunu hesab edirlər. Bu haqda Almaniyanın Şvabinq klinikasının Yoluxucu xəstəliklər bölməsinin baş həkimi Klemens Vendtner məlumat verib.
poisknews.ru saytının məlumatına görə, müəyyən müddət öncə COVID19-a yoluxmuş xəstələrin qanında anticismlərin sayının azalması yenidən virusa yoluxma ehtimalının olduğunu göstərir.