İçindəki
Elmlər doktorları
Dövlət Mükafatları Komissiyası 2022-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2022-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.
Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”ndə göstərilən qaydalara uyğun hazırlanmalı və 2022-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.