İçindəki
Elmlər doktorları
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı qarşıda duran aktual məsələləri müzakirə edib

27 iyul 2021-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.
Tədbirdə FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin baş direktorları və icraçı direktorları, direktor müavinləri, elmi katibləri, ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, eyni zamanda respublikanın bir sıra nazirliklərinin nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların məsul şəxsləri, müvafiq mütəxəssisləri iştirak ediblər.