İçindəki
Elmlər doktorları
Fizika–Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş ilk onlayn iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direktorları və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, eyni zamanda mühüm elmi nəticə müəllifləri iştirak ediblər.
Öncə AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə FRTEB-in alim və mütəxəssislərinin təbriklərini səsləndirib. “Əsası Ümummili lider, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkəmizin həm regional, həm də qlobal səviyyədə inkişafına zəmin yaradan mühüm nailiyyətlər onun siyasi məktəbinin layiqli davamçısı, beynəlxalq miqyasda böyük nüfuza malik cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir” – deyə akademik diqqətə çatdırıb.