RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Gənc alimlərin Milli Qurtuluş Günü ilə bağlı onlayn elmi konfransı keçirilib

Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Yeni Azərbaycan Partiyası AMEA Ərazi Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan xalqının Milli Qurtuluş Günü: vətəndaş həmrəyliyinin və milli dirənişin təntənəsi" mövzusunda onlayn elmi konfrans keçirilib.

Tədbiri GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq 1993-cü ildə ölkəmizin parçalanma təhlükəsi ilə üzləşdiyini və belə bir vaxtda ulu öndər Heydər Əliyevin xalqı bu bəlalardan xilas etdiyini söyləyib. O, ümummilli liderin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda yaranmış hərc-mərcliyin, vətəndaş müharibəsinin qarşısını aldığını deyib: "Dahi şəxsiyyətin siyasi iradəsinin nəticəsi olaraq qısa müddət ərzində atəşkəs elan olundu, ölkədə sosial və iqtisadi infrastruktur layihələrinin icrasına başlanıldı.