RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

Heydər Əliyev mövqeyi

Bütün böyük və müdrik dühalar kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də yaşadığı dövrün real mahiyyətini dərindən görmüş, özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olmuşdur.

Bu görkəmli dövlət xadimi heç vaxt zamanın arxası ilə getməmiş, əksinə, zamanı öz arxasınca aparmağı bacarmışdır. Heydər Əliyevin fəth etdiyi zaman tarixə çevrilmiş və həm də növbəti sabahlara yol açmışdır. Bu mənada Ulu Öndər Heydər Əliyev epoxası sadəcə Azərbaycan xalqının və dövlətinin yalnız fərqli tarixi deyil, həm də daha işıqlı sabahı deməkdir ...