RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

İnstitut aliminin daha bir uğuru: “ən gənc elmlər doktoru”

İnstitut aliminin daha bir uğuru: “ən gənc elmlər doktoru”

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi Elçin Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə fizika üzrə elmlər doktoru elmi dərəcəsi verilib.

1986-cı ildə Saatlı rayonunda anadan olan Elçin Hüseynov 2010-cu ildən AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşıdır. 2011-ci ildə İnstitutda Radiasiya Materialşünaslığı ixtisası üzrə doktoranturaya daxil olan gənc alim 2014-cü ildə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb və həmin ildən etibarən Milli Nüvə Tədqiqatları Mərkəzinin “Radiasiya materialşünaslığı və radiasion nanotexnologiya” şöbəsinin müdiridir.