İçindəki
Elmlər doktorları
İnstitutda “28 May-Müstəqillik Günü”nün 106-cı ilinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev 28 May-Müstəqillik Günündən, bu günün tarixi əhəmiyyətindən, milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışmışdır.
Daha sonra çıxış edən İnstitutun icraçı direktoru ƏPT-nin sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva İnstitut həmkarlarını Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə təbrik etmiş və bildirmişdir ki Şərqdə yaranmış ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı olmuşdur və müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında AXC-nin əhəmiyyəti olduqca böyükdür.