İçindəki
Elmlər doktorları
İnstitutda “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda İnstitutun Həmkarlar Təşkilatı ilə birgə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev ənənəvi olaraq 2021-ci ildə də alimlərimizin səmərəli fəaliyyət göstərdiyini və mühüm nailiyyətlər qazandığını bildirib. İnstitut rəhbəri sonda bütün əməkdaşları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.