İçindəki
Elmlər doktorları
İnstitutda AMİU tələbələrinin istehsalat təcrübəsinə dair yekun görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) elmi-tədqiqat təcrübəsi keçmiş Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan kurs magistrları ilə yekun görüş keçirilib.
Görüşdə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev tələbələri salamlayıb və istehsalat təcrübəsinin yekunlarına dair fikirlərini bölüşüb.