İçindəki
Elmlər doktorları
İnstitutda Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) hesabat-seçki iclası keçirilib. İclasda çıxış edən İnstitut GAMŞ-nın sədri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Quliyeva hesabat dövründə görülmüş işlər və gənc alimlərin əldə etdiyi nailiyyətlər haqqında hesabat verib.
Daha sonra çıxış edən Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev İnstitutun gənc alim və mütəxəssislərini, eləcə də iclasda iştirak edən qonaqları salamlayıb, İnstitutun tarixi və fəaliyyət istiqamətləri, əldə olunmuş uğurları, beynəlxalq əməkdaşlıq əlaqələri, kadr potensialı haqqında geniş məlumat verib.