RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Elmlər doktorları

İnstitutda “Spektroskopik Tədqiqat Metodları” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Spektroskopik tədqiqat metodları” mövzusunda elmi seminar keçirilib. Tədbirdə AMEA-nın digər institutlarından olan iştirakçılarla yanaşı bir sıra ali təhsil müəssisələrindən olan bakalavr, magistr və doktorantlar da iştirak edib.

Seminarda giriş sözü ilə çıxış edən İnstitutun laboratoriya rəhbəri, kimya elmləri doktoru, professor Müslüm Qurbanov iştirakçıları salamlayaraq mövzu ətrafında öz fikirlərini səsləndirib.