İçindəki
Elmlər doktorları
İnstitutda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

AR ETN-nin Radiasiya Problemləri İnstitutunda ümummilli lider cənab H.Əliyevin anım mərasimi keçirilmişdir. Mərasim Azərbaycan Respublikasının himni ilə başlamış, sonra ulu öndər H.Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimi giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın m.ü. İ.Mustafayev cənab H.Əliyevin 20 il bundan öncə cismən bizi tərk etsə də, onun ideyalarının bu gün də yaşadığından, müstəqil respublikamızın ümummilli liderin qoyduğu dayaqlar üzərində gün-gündən daha da möhkəmləndiyindən, Ali Baş Komandanın ulu öndərin vəsiyyətlərini uğurla həyata keçirməyindən, “cənab H.Əliyev ili” ərəfəsində institutun keçirdiyi tədbirlərdən danışdı.