İçindəki
Elmlər doktorları
İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.
İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə əvvəlcə 2023-cü ilin yekunları haqqındakı məsələyə baxılıb. Müzakirələrdə İnstitutun fəaliyyəti ümumilikdə uğurlu hesab edilib və növbəti ildə də bu uğurun davam etdirilməsinin vacibliyi vurğulanıb.